İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənhalığın DƏHŞƏTLİ nəticəsi üzə çıxdı 

1277 01.07.2023 17:01 Səhiyyə A A

5 qitədə 2,2 milyon insan arasında aparılan elmi araşdırmalar zamanı tənhalığın vaxtından əvvəl ölüm riskini təxminən 14 faiz artırdığı ortaya çıxıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, tədqiqatların 29-u ABŞ-da, 61-i İngiltərədə, digərləri isə Yaponiya, Cənubi Koreya, Finlandiya kimi inkişaf etmiş ölkələrdə aparılıb. Nəticə olaraq, tənhalığın ölüm riskini artırdığı müəyyən edilib.

Mövzu ilə bağlı araşdırma zamanı psixiatr və psixoterapevtlər bildiriblər ki, insan cəmiyyətdən və fərdlərdən özünü nə qədər təcrid edərsə, bu onun ümumi sağlamlığına da bir o qədər mənfi təsir göstərər. Alimlər həmçinin müəyyən edib ki, tənhalıq xərçəng riskinin də artmasına səbəb olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR