İnsanlara hürriyət, millətlərə istiqlal!

“Telegram”ın qiyməti məlum oldu

761 12.03.2024 03:12 Dünya A A

Səhmlərin bazara çıxarılması (IPO) ərəfəsində potensial investorlar “Telegram” mesencerini 30 milyard dollardan çox qiymətləndiriblər.

Bu barədə mesencerin həmtəsisçisi Pavel Durov “Financial” nəşrinə müsahibəsində bildirib.

Lakin o, səhmlərin ilkin kütləvi təklifinin nə vaxt və hansı saytlarda planlaşdırıldığını dəqiq açıqlamayıb.

Durovun sözlərinə görə, mesencerin 30 milyard dollar dəyərində qiymətləndirilməsində, digərləri ilə yanaşı, qlobal texnologiya fondları da iştirak ediblər.

O əlavə edib ki, qarşıdan gələn IPO zamanı şirkət səhmlərin bir hissəsini sadiq istifadəçilərinə satmağı nəzərdən keçirəcək.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR