İnsanlara hürriyət, millətlərə istiqlal!

Telefona baxarkən “Prius”u aşırdı, xəsarət alan var- Foto

735 29.05.2024 09:38 Hadisə A A

Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Musvat.com APA-ya istinadən xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

Mehdi Mehdiyev “Toyota Prius” markalı avtomobili idarə etdiyi zaman telefona baxıb, diqqəti yayındığına görə maşınını səkidəki məhəccərə çırpıb. Daha sonra avtomobil aşıb. Maşında olan sərnişin Nicat Muxtarov ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sürücü bildirib ki, naviqator proqramına baxarkən diqqəti yayınaraq qəza törədib.

Qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR