İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbə qız yataqxanada faciəvi şəkildə öldü - FOTO

2339 26.10.2023 20:42 Hadisə A A

Aydında KYK Güzelhisar Qızlar Yurdunda nasaz olan liftə ilişən tələbə vəfat edib.

Hadisə tələbə yataqxanasında baş verib. Qızların iddialarına görə 15 nəfərlik liftə 16 nəfər minib. Lift həddən artıq yükləndiyindən sürüşməyə başlayıb. Panikaya düşən tələbə çıxmaq istəyib. Bu əsnada lift hərəkət edən zaman tələbə qız sıxılaraq ölüb.

Hadisədən sonra bir çox tələbə rəhbərliyə etiraz edərək, "Administrasiyaya istefa" şüarları səsləndirib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, "Yataqxana müdiri vəzifəsindən kənarlaşdırılıb, hadisə ilə bağlı müfəttiş təyin edilib və lazımi araşdırmalara başlanılıb.

Digər 15 qız liftdən çıxarılıb. Vəziyyətləri yaxşıdır.

Məqaləyə dair fotomateriallar:

(Milli.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR