İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili! Ukraynanın daxili işlər naziri helikopter qəzasında həlak oldu

2561 18.01.2023 12:20 Siyasət A A

Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.

Helikopter qəzasında ümumilikdə 2-si uşaq olmaqla, 16 nəfərin öldüyü bildirilib.

Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.

Musavat.com

b5d6e937-b41e-3da9-88a5-5a695d2ffa48.jpg (134 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR