İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! "Qara qutu" alovlanacaq: "Böyük risk var" - ŞOK

1424 27.10.2023 16:00 Dünya A A

Xəbər verdiyimiz kimi, prezident Co Baydenin göstərişi ilə ABŞ Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və iranyönlü qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.

Musavat.com xəbər verir ki, ABŞ-ın hücumlarından sonra Barak Obamanın prezident olduğu dövrdə Yaxın Şərq siyasəti üzrə Ağ Evin keçmiş müşaviri Ben Rodes Yaxın Şərqin indi atəşə tutulmağı gözlənən bir “qara qutu” olduğu deyib və xəbərdarlıq edib.

"Bölgədə çox risk var... Bu "qutu"ya od atsanız, alov alacaq. Bir gün Suriya, bir gün İraq, bir gün Yəmən kimi müxtəlif yerlərdə münaqişələrin alovlandığını görəcəksiniz" - o deyib.

BMT-nin Yaxın Şərqdə Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Uennesland da bu yaxınlarda oxşar xəbərdarlıq edərək bildirib ki, bölgədə zorakılığın artması İsrail-HƏMAS münaqişəsinin gedişatını qəfildən pisə doğru dəyişə və bütün Yaxın Şərqi bu prosesə sürükləyə bilər.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin vitse-prezidenti Jon Alterman isə bu xəbərdarlığı edib: "Hər şey pisləşməyə başlasa, eyni anda bir çox yerdə çox tez pisləşə bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR