İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putinin sülh şərti BƏLLİ OLDU: 2024-cü ildə...

2161 30.11.2023 15:40 Dünya A A

“Putin 2024-cü il prezident seçkilərinin nəticələrini görmədən Ukrayna ilə barışmayacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib.

Adının açıqlanmasını istəməyən məmur deyib ki, Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini görmədən Ukraynada müharibəni bitirməyəcək.

“Mənim gözləntim odur ki, Rusiya lideri Vladimir Putin bizim seçkilərin nəticələrini görmədən sülh və ya mənalı bir sülh bağlamayacaq” - o deyib.

 

Bu bəyanatların onun şəxsi düşüncəsini, yoxsa Amerika hökumətinin rəsmi fikrini əks etdirməsi ilə bağlı suala isə məmur belə cavab verib ki, bu, Birləşmiş Ştatlarda “geniş şəkildə qəbul edilən rəydir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR