İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putin nüvə bombasını ortaya çıxardı - ŞOK GÖRÜNTÜLƏR

2618 27.10.2023 12:04 Dünya A A

Bütün dünyanın diqqətinin İsrail və HƏMAS arasındakı münaqişəyə yönəldiyi bir vaxtda Rusiyadan diqqətçəkən addım gəlib. Rusiya prezidenti Vladimir Putin orduya nüvə cavab təlimi keçirməyi əmr edib.

Musavat.com xəbər verir ki, təlim barədə Kreml Sarayı məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin uzaqdan əlaqə vasitəsi ilə təlimə qatılıb. Təlim zamanı Kamçatka bölgəsindən “Yars” qitələrarası ballistik raketi buraxılıb. “Sineva” ballistik raketi Tula bölgəsində nüvə enerjisi ilə işləyən sualtı qayığın yerinə göndərilib.

Putin Rusiyada yaşayan müsəlman, xristian və yəhudi dini liderlərlə də görüşüb və İsrail - HƏMAS münaqişələrini dəyərləndirib. O, böhranın yayılmasından narahat olduğunu bildirib.

“Əsas məqsədimiz qan tökülməsini və zorakılığı dayandırmaqdır. Əks halda, ağır, təhlükəli və dağıdıcı nəticələri olan böhran təkcə Yaxın Şərqdə deyil, Yaxın Şərqin hüdudlarından kənara da yayıla bilər" - Rusiya lideri deyib.

1698385820-b3ebb2.jpg (4 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR