İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Polisdən Xankəndidə ƏMƏLİYYAT - silahlı şəxs SAXLANILDI VİDEO

2508 22.05.2024 10:17 Hadisə A A

Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, şəxsi axtarış zamanı onun üzərindən sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd “AK-74” markalı avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR