İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Paşinyan Londonda İlham Əliyevlə görüşdən QAÇDI - ŞOK SƏBƏBLƏR

1581 18.07.2024 13:55 Ölkə A A

“Azərbaycan sərhədçiləri hazırda Tavuş vilayətinin Kirants kəndində çəkilən sərhəd xəttindədirlər”. Kirants kəndinin inzibati rəhbəri Kamo Şahinyanın sözlərinə görə, kənd sakinləri sərhəddə Azərbaycan əsgərlərinin hərəkətini aydın şəkildə görürlər:

Bu arada Paşinyanın da payızda müharibə ola biləcəyi ilə bağlı verdiyi açıqlamadan sonra nazirlərin və özünün məzuniyyətə çıxması ölkədə panika əhval-ruhiyyəsi yaradıb. Ölkə müxalifəti bu proseslərdən yaxşı nəticə gözləmir.

İyulun 13-16-da ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdə olub. Ermənistan mətbuatının yazdığına görə, Zeya səfəri zamanı Ermənistan - Amerika əməkdaşlığı, Amerika vasitəçiliyi ilə Ermənistan - Azərbaycan danışıqları, Ermənistanda aparılan demokratik islahatlar və digər məsələləri müzakirə edib.

Ondan Amerika ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağı ilə bağlı məlumatı şərh etməsi xahiş edilib. Suala cavabında Entoni Blinkenin müavini deyib: “Bu xəbəri təsdiq edirəm. Bu, çoxdan gözlənilən hadisədir, ətraflı məlumat üçün səfirimiz və mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz. Biz ABŞ və Ermənistan arasında mülki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu, həm də Ermənistan - Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə tarixi keçid faktından xəbər verir”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi şərhçi Oqtay Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR