İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Ordumuz Laçına girir, saatlar qaldı... - Professor Qabil Hüseynli ilə CANLI

759 25.08.2022 14:54 Gündəm A A

Bir neçə dəqiqə əvvəl Xankəndidə partlayış baş verib. Bu barədə Erməni teleqram kanalları məlumat yayıb. Partlayışın səbəbi və itkilər haqqında hələ ki, məlumat yoxdur.

Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət isə yaxın bir həftədə mümkün olacaq.

Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib. Laçın şəhərindən və Zabux kəndindən çıxarılan 20 erməni ailəsi Zəngəzur bölgəsinə yerləşdirilib.

Bu barədə Zəngəzur qubernatorun müavini Nare Qazaryan bildirib. Onun sözlərinə görə, köçürülən ermənilərin bəziləri mənzillə təmin olunub, digərləri isə harada qalacaqlarına hələ qərar verməyiblər. Onlar Gorus və Qarakilsə arasında seçim etməli olacaqlar.

Ordumuzun isə Laçın şəhərinə daxil olmasına saatlar qalıb. Artıq Laçın, Zabux və Sus kəndlərində erməniləe qalmayıb.

TVMusavat-ın saat 15:00-da canlı efirində professor Qabil Hüseynli ilə aparıcı Emil Salamoğlu son hadisələri müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR