İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Onlar da Putinə qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

1021 14.03.2024 11:31 Dünya A A

Sabahdan başlayacaq və həftəsonu boyu davam edəcək prezident seçkisi öncəsi Rusiyada bir-birinin ardınca qaynar hadisələr yaşanır. Ötən gün PUA və raket hücumları ilə Rusiyanın Moskva, Leninqrad, Belqorod, Kursk, Bryansk, Tula və Oryol şəhərlərini vuran Ukrayna müharibə başlayandan bəri ən böyük hücumlardan birini həyata keçirib. Hücumlarda xüsusilə kritik infrastruktur və hərbi obyektlər hədəfə alınıb.

Musavat.com xəbər verir ki, olkənin yeddinci ən böyük neft emalı zavodu olan və Moskvadan 180 km aralıda yerləşən “Rosneft”in Ryazan neft obyektinə hücum nəticəsində böyük ziyan dəyib. Rusiya mediası Ukraynadan havaya qalxan təxminən 60 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Bundan başqa, Ukraynada fəaliyyətlərini davam etdirən silahlı Rusiya müxalifət təşkilatları - “Rusiya Azadlığı” alayı, Sibir briqadası və Rusiya könüllü legionu Kursk və Belqorod bölgələrindən Rusiyaya hücuma keçdiklərini bəyan ediblər.

Təşkilatların verdiyi açıqlamada deyilir: “Xalq məcbur olduğuna deyil, istədiyinə səs verəcək. Ruslar azad yaşayacaq”.

Ukrayna rəsmiləri əvvəllər bu qrupların Rusiya ərazisində onlardan asılı olmayaraq fəaliyyət göstərdiyini bildirmişdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR