İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Müharibə xəbərdarlığı: “Hazır olmalıyıq” – İlk HƏDƏF açıqlandı – detallar CANLIda

2127 10.11.2023 13:30 Son xəbər A A

HƏMAS-ın Qəzza lideri Yəhya Sinvar İsrailin “öldürülməli olanlar siyahısı”nda birinci yerdədir. “Nyu-York Tayms” qəzeti kəşfiyyat mənbələrinə istinadla Sinvarın dəqiq yerinin ABŞ-a məlum olmadığını yazır. ABŞ rəsmisi bildirib ki, İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli isimlərinin yerləşdiyi yeraltı komanda mərkəzinin üstündə yerləşən “Şəfa” xəstəxanasına yaxınlaşıb. Amma ABŞ rəsmisi xəbərdarlıq edir ki, xəstəxananın hədəfə alınması yüzlərlə, bəlkə də minlərlə mülki insanın həyatını riskə ata bilər.

ABŞ-ın yüksək səviyyəli hərbi rəsmiləri israilli həmkarlarını Qəzzaya endirilən zərbələrdə daha hesablı və dəqiq olmağa sövq edir. Bir rəsmi NYT-yə deyib ki, Vaşinqton İsraili daha kiçikhəcmli peykdən idarə olunan bombalardan istifadə etməyə çağırıb.

ABŞ ordusunun Baş Qərargah rəisi, general Çarlz Braunun fikrincə, müharibə nə qədər uzansa, vəziyyət bir o qədər çətinləşə bilər. O, qısamüddətli hərbi əməliyyatın tərəfdarı olmaqdan çəkinir, amma qeyd edir ki, İsrailin apardığı əməliyyatlar planlaşdırılandan uzanmağa meyllidir.

“Hərbi karyeram boyunca iştirak etdiyim hər bir münaqişə insanların çoxunun təsəvvür etdiyindən bir qədər uzun keçdi. Ona görə də özümüzü buna hazırlamalıyıq”, – Braun vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR