İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNDİ

8400 28.06.2024 08:47 Son xəbər A A

28 iyun 2024-cü il tarixində, yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınmışdır.

Bununla bağlı Musavat.com-a AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilmişdir.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunmuşdur.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

***

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.

Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla saat 07:43-də qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR