İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Azərbaycan hücum təyyarələrini HAVAYA QALDIRDI, monitorinq mərkəzinin fəaliyyəti DAYANDIRILIR

1380 18.04.2024 13:34 Gündəm A A

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Ssenariyə uyğun olaraq Su-25ML ("Laçın") və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

"Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib", - məlumatda vurğulanıb.
Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılacaq. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qədir Aslanla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR