İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Atəşkəs buna görə başa çatıbmış - ŞOK SƏBƏB

1406 01.12.2023 16:17 Dünya A A

 

İsrail ordusu bu gün səhər saatlarında açıqlama verərək toqquşmaların yenidən başladığını açıqlayıb

Musavat.com xəbər verir ki, İsrail HƏMAS-ı atəş açmaqla atəşkəs şərtlərini pozmaqda ittiham edib.

Bəs İsrailin atəşkəsi uzatmaqdan imtina etməsinin və müharibəni davam etdirməsinin əsl səbəbi budurmu?

Qətərin “Al Jazeera” nəşrində dərc olunan təhlildə İsrailin hərbi mövqeyinə diqqət çəkilib. Bildirilib ki, İsrail ordusu dünyanın bütün çağırışlarına baxmayaraq, müharibənin davam etməli olduğunu müdafiə edir.

"İsrail Ordusu qeyri-sabitlik yarada biləcək heç bir fasilə vermədən hücumlarını davam etdirməyi hədəfləyir. Bu fikrin ən aqressiv tərəfdarı İsrailin müdafiə naziri Yoav Gallantdır. Gallant müharibəni davam etdirmək istəyir, çünki müharibə nə qədər tez başlasa, ordunun bir o qədər uğurlu olacağına inanır" - nəşr yazır.

Lakin “Al Jazeera”nin məlumatına görə, bu, yeganə səbəb deyil. Gallant Netanyahunun "siyasi ölümü"ndən sonra partiyasının yeni liderə ehtiyac duyacağının fərqindədir.

"İsraillilər, ümumiyyətlə, uğurlu hərbi keçmişi olanlara üstünlük verir. Gallant bu yarışda özünü ən yaxşı mövqedə yerləşdirməyə çalışacaq" - təhlildə qeyd edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR