İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcavüzdə ittiham olunan reperdən görün nə qədər pul tələb edilir FOTO

603 07.07.2024 21:45 Dünya A A

Keçmiş porno aktrisa Adria amerikalı reper Şon Diddi Kombsu qadın alverində ittiham edib.

Adrianın sözlərinə görə, Kombs onu tərkibində narkotik olan spirtli içki içməyə məcbur və kişilərdən biri ilə cinsi əlaqədə olmağa vadar edib. Bunun üçün reper ona min dollardan çox pul ödəyib. Diddi onu dəfələrlə bunu etməyə məcbur edib.

O bildirib ki, bu, reperin yanından qaçmazdan əvvəl - 2004-2009-cu illərdə baş verib. Adria Diddidən ona 50 milyard dollar təzminat ödəməsini tələb edir.

Reperin vəkili Conatan Devis bütün ittihamları rədd edib.

Qeyd edək ki, 2023-cü ilin noyabrından bəri Diddi barədə 6 cinsi təcavüz iddiası qaldırılıb. Hip-hop ifaçısı həmçinin insan alverində və qisas almaq üçün intim videolar dərc etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi açılıb. (Yenisabah.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR