İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz konsulluğumuza yeni terror təhdidi - bu dəfə “Qüds günü” bəhanəsi

1090 15.04.2023 10:20 Gündəm A A

Tehran rejimi Baş Konsulluğun bağlanmasına nail olmaq istəyir? - üç rəy

Yayılan xəbərlərə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında anti-Azərbaycan və panfarsist qüvvələrin yeni təxribatı planlaşdırılır.

Məlumatlara görə, təxribat aprelin 14-də “Qüds günü” ilə bağlı (hər il Ramazan ayının axırıncı cümə günü qeyd olunur) konsulluğun qarşısında keçiriləcək aksiya Azərbaycanın İsraildəki səfirliyinin bağlanması və diplomatlardan Təbrizi tərk etmələri formasında təşkil olunmalı idi. Özü də bu cür aksiyanın məhz azərbaycanlıların hesabına izdihamlı edilməsinin planlaşdırıldığı məlumatlar sırasındadır.

Belə bir rəy yaratmaq hədəf götürülüb ki, guya güneylilər də Azərbaycan dövlətindən narazıdır. Bununla da fars rejimi cənubdakı soydaşlarımızda həm də Azərbaycan dövlətinə qarşı inamsızlıq yaratmaq niyyəti güdür. Məqsəd həmçinin Azərbaycanın “persona-non-qrata” elan etdiyi 4 diplomatın heyfini almaq və ümumiyyətlə, konsulluq binasının tamamilə bağlanmasına nail olmaqdır. Diplomatlarımıza qarşı terror aktı da istisna edilmir. Böyük ehtimalla, molla rejiminin məkrli planına qarşı Güney Azərbaycan türkləri səssiz qalmayacaq. Çünki  bura səfirlik binasının yerləşdiyi Tehran deyil, Təbrizdir.

Təxribat nəticəsində konsulluq bağlanarsa, bunun ikitərəfli münasibətlər üçün hansı nəticələri olacaq? Azərbaycandakı İran səfirliyi də bağlanacaqmı? Maraqlıdır ki, bu ərəfədə İran səfiri Musəvi Prezidentin köməkçisi Hikmət Hacızadə ilə görüşüb. Fars-molla rejimi bununla nə demək istəyir?

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Sosial Tədqiqatlar Mərkəzinin siyasi eksperti Tural İsmayılov xatırlatdı ki, Təbrizdəki Baş Konsulluğumuza qarşı indiyə qədər bir neçə dəfə müxtəlif formalarda təxribatlar həyata keçirilib: “Bu təxribatların arxasında isə İranın xüsusi xidmət orqanları dayanıb. Əsasən də təxribatlarda Azərbaycanın sekulyar dövlət modelinin əleyhinə olan "Huseyniyun" radikal təşkilatının üzvləri fəallıq nümayiş etdirirlər. Bundan əvvəl də İran parlamenti Azərbaycan əleyhinə qondarma sənəd qəbul edərkən həmin terror təşkilatı Təbrizdəki konsulluğumuzun qarşısında təxribatlar edirdilər.

Azərbaycanın Tehrandakı səfirliyinin məlum terror hadisəsi ilə əlaqədar fəaliyyətini dayandırdıqdan sonra İrana bağlı olan trol şəbəkələri və terror qruplarının yeni hədəfi Azərbaycanın Təbrizdəki Baş Konsulluğudur. Az qala hər gün konsulluğun qarşısında Azərbaycana qarşı, Azərbaycanı aşağılayan, hədələyici tərzdə təxribat aksiyaları, təxribatçı hərəkətlər edirlər. Belə görünür ki, İran hakimiyyəti də bu hərəkətlərin qarşısını almaq əvəzinə onlara şərait yaradır. İran xarici işlər naziri ilə Azərbaycan xarici işlər naziri arasında iki ölkənin münasibətlərinin düzəldilməsi ilə bağlı danışıqların aparıldığı bir vaxtda Təbrizdəki Azərbaycan Konsulluğuna qarşı təxribatların həyata keçirilməsi İran hakimiyyətinin səmimi olmadığını, əsl mahiyyətini ortaya qoyur.

Rejimin bizə qarşı addımları gözlənilməz deyil. Konsulluğumuza qarşı hər cür təxribatların təşkil edilməsi mümkündür. Tehran sanki hər vəchlə münasibətləri gərginləşdirmək istəyir. Sanki Təbrizdəki Baş Konsulluğumuzun da bağlanmasını istəyirlər. Təbriz azərbaycanlıların tarixi qədim şəhəridir. Belə görünür ki, Tehran rejimi Təbrizdə müstəqil Azərbaycan Respublikasının Baş Konsulluğunun mövcudluğunu qəbul edə bilmir. Elə vəziyyət yaratmaq istəyirlər ki, Azərbaycan özü konsulluqla bağlı qərar versin".

AMİP-dən hələlik namizədliyi qeydə alınan bircə mənəm” - Əli Orucov |  Hafta.az

Siyasi ekspert Əli Orucov  bildirdi ki, İranın son vaxtlar Bakıya davamlı təzyiqləri Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı deyil: “Səfirliyin fəaliyyəti molla rejimi üçün bir bəhanədir. Tehranı ciddi narahat edən və aqressivləşdirən səbəblər tamam ayrıdır. Xüsusən də 44 günlük müharibədən sonra Azərbaycanın parlaq qələbəsi və regional, həmçinin beynəlxalq nüfuzunun artması molla rejimi üçün arzuolunmaz yeni reallıqlar yaradıb. İşğal dönəmində Azərbaycanın İranla ehtiyatlı davranışı və münasibətlərdəki mülayimlik rəsmi Tehranın əsl xislətini pərdələməyə imkan verirdi. Hətta bu imkanlardan o qədər sui-istifadəyə yol verildi ki, molla rejimi geniş casus şəbəkəsi yaratmağa nail oldu. Nəzərə almalıyıq ki, fars şovinizmi faşizm qədər təhlükəli və yırtıcıdır. Güney Azərbaycanda bu şovinizmin hər yerdə izini  görmək mümkündür. İran onsuz da Azərbaycanın müstəqilliyini özünə təhdid kimi qəbul edib və zahirən dostluqdan, mehriban qonşuluqdan danışsa da əslində gec-tez Bütöv Azərbaycan ideyasının gerçəkləşəcəyindən həmişə qorxu və təşviş içərisində olub. Odur ki, güclü Azərbaycan Tehranın qorxulu röyası olub.

Bu səbəbdən işğalçı Ermənistana, eləcə də bizimlə dost olmayanlara hər cür dəstək verib. İran həm də beynəlxalq terroru dəstəkləyən və terror yuvası olan bir dövlətdir. Molla rejimi lazım bildiyi vaxtlarda rəqibləri hesab etdiklərinə qarşı terror aktlarl törətməkdən də çəkinməyib. Bunun daha bir bariz nümunəsi Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror aktı oldu. Tehran hər iki dövlət arasında razılaşmalara baxmayaraq Azərbaycanın Təbrizdə Konsulluğunun açılmasına imkan vermirdi və bu proses illərlə vaxt aldı. Əlinə bəhanə düşüb ki, həmin konsulluğu bağlasın və fəaliyyətini dayandırsın. Mən zənn etmirəm ki, bunu güneyli soydaşlarımızın əli və iştirakı ilə həyata keçirə bilsin. Ola bilər qorxu yaratmaqla, hədə-qorxu gəlməklə, şantaj etməklə bəzi soydaşlarımızı buna məcbur eləsinlər. Lakin bu, Tehranın istədiyi effekti verməyəcək. İranın soydaşlarımıza qarşı repressiyaları, assimilyasiya siyasəti on illərdir ki, davam etsə də, güneyli soydaşlarımızın milli ruhunu və oyanışını sındıra bilməyib".

Niyaməddin Orduxanlı MSK-nın əvəzedici üzvü seçildi

Siyasi şərhçi Niyaməddin Orduxanlı isə bildirdi ki, İran fars molla rejimi məqsədli şəkildə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunu hədəfə alıb: “Bir necə gün bundan qabaq konsulluğun qarşısında təxribat törətdilər. Növbəti təxribatlara əl atılması gözləniləndir. Görünür, panfarsist qüvvələr Azərbaycanın Təbrizdəki Konsulluğunun fəaliyyət göstərməsini istəmirlər və təxribatlar törətməklə bağlanmasını arzulayırlar. Necə ki, Tehrandakı səfirliyimizə qarşı terror aktı törətdilər, biz də səfərliyimizin fəaliyyətini dayandırdıq. İran rejimi İsraildə səfirlik açmağımıza güneyli soydaşlarımızın etiraz etməsi görüntüsünü yaratmaq istəyir. Bunu məqsədli şəkildə edirlər. Təbrizin Bakıya qarşı olduğunu göstərmək istəyirlər. Terror aktının olacağını da istisna etmirəm. 4 nəfəri arzuolunmaz şəxs elan etməyimizi dəhşətli dərəcədə aqressiv qarşılayıblar. Ancaq düşünürəm ki, bu gün İran səfirliyinin Bakıda fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Nə zaman İran-Azərbaycan münasibətləri normallaşarsa, Tehranda səfirliyimizin fəaliyyəti bərpa olarsa, o zaman onlar da fəaliyyət göstərə bilər.

Hər gün İranın “Səhər” kanalı Azərbaycana nifrət püskürür, təhdid edir, təhqir dili ilə danışır. Ən maraqlısı odur ki, həmin verilişləri Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşımız görə bilmir. Niyə göstərmirsiniz onlara? Ancaq Quzey Azərbaycanda yaşayanlar həmin verilişi görə bilir. Bunu da qəsdən edirlər. Türkiyə Prezidenti Ərroğanın İran Prezidentinə zəngindən və Rusiyanın rəsmi şəxsinin İrana səfərindən sonra İran XİN başçısı bizim xarici işlər nazirimizə zəng etdi. Səfir İranın rəsmi tapşırıqlarını yerinə yetirir və böyük səlahiyyət sahibi deyil".

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR