İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB tibb müəssisələrindəki çarpayı sayını açıqladı

985 20.12.2022 11:34 Səhiyyə A A

"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumi çarpayı sayı 20 197-dir".

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov "TƏBİB – tibbdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında bildirib.

O deyib ki, çarpayı fonduna aid olan reanimasiyalarda çarpayıların sayı 1 milyon 362-dir: "Bu ilin 11 ayı ərzində TƏBİB-in tabeli tibb müəssisələrində 40 milyon 277 min 4 xidmət göstərilib ki, onun 33 milyon 888 min 773-ü ambulator, 6 milyon 388 min 231-i isə stasionar tibbi xidmətin payına düşüb. Həkimə gəlişlərin sayı 7 milyon 214 min 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292 min 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 milyon 522 min 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR