İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB-in yeni veb-saytı təqdim edildi

867 20.12.2022 12:02 Səhiyyə A A

“TƏBİB – tibbdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında TƏBİB-in yeni veb-saytının təqdimatı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova TƏBİB-in yeni yaradılan veb-saytını (www.tabib.gov.az) təqdim edib:

“Vətəndaşlar kompüter və mobil cihazlardan saytımızı rahatlıqla ziyarət edə bilərlər. Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.

Zamirə Ədilova qeyd edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək. Şöbə müdiri bu gündən etibarən həm də TƏBİB-in Çağrı mərkəzinin istifadəyə verildiyini bildirib: “Vətəndaşlar 815 qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR