İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi sənəd ÜZƏ ÇIXDI: 101 il əvvəl Qarabağ və Zəngəzur... - FOTO

4522 21.07.2022 13:16 Qarabağ xəbərləri A A

Sosial şəbəkələrin "Telegram" seqmentində 101 il əvvəl Azərbaycan Sovet Sosialist Respublikasının tarixi sənədi paylaşılıb.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, həmin sənəddən də görmək olar ki, yenicə qurulmuş Azərbaycan Sovet Sosialist Respublikası Ermənistan hökümətinə ultimatum verir.

İltumatomun motivi aşağıdakı kimidir:

Birincisi, Ermənistan öz hərbi birləşmələrini Qarabağ və Zəngəzurdan çıxarmalıdır

İkincisi, Ermənistan qoşunlarını öz sərhədlərinə geri çəkilməlidir

Üçüncüsü, Ermənistan millətlərarası qırğına son qoymalıdır.

Ultimatumda göstərilir ki, əks təqdirdə, Azərbaycan Sovet Sosialist Respublikası özünü Ermənistan Respublikası höküməti ilə müharibə şəraitində biləcək.

1921-ci ilin iyununda verilən ultimatumdan da aydın görünür ki, Qarabağ və Zəngəzur Azərbaycanın tərkib hissəsi idi və Bakıda qurulan Sovet höküməti bunu qəbul edirdi.

Həmin ultimatumun fotosunu təqdim edirik:

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR