İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi görüş: Ərdoğan 18 ildən sonra CHP-nin Baş qərargahında VİDEO

1507 11.06.2024 17:22 Siyasət A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın səfəri öncəsi CHP Baş qərargahında yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Məlumata görə, hazırda Türkiyə lideri CHP sədri Özgür Özellə görüş keçirir.

Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın 18 ildən sonra CHP-nin Baş qərargahına ilk səfəridir.

Xatırladaq ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də AKP-nin Baş qərargahında keçirilib.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR