İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix dərsliyində tarixdən dərs çıxarmamaq mərəzi - Qafqazlıların deportasiyası məsələsi

484 27.10.2023 13:25 Dünya A A

Rusiya Təhsil Nazirliyi orta məktəb şagirdləri üçün yeni tarix dərsliyi hazırlayıb. Lakin kitabdakı bəzi düzəlişlər, xüsusilə də Böyük Vətən Müharibəsi illərində xalqların SSRİ-nin şərq respublikalarına deportasiyası haqqında yazılanlar ictimaiyyətin narazılığına səbəb olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Qaraçay Xalqları Konqresi Rusiyanın Federasiya Şurasının hər iki palatasının rəhbərliyinə 10-11-ci siniflər üçün "Rusiya tarixi" dərsliyinin tirajını geri götürmək tələbi ilə müraciət edib. Bunun əsas səbəbi Şimali Qafqazın ictimai xadimlərinin deportasiya haqqında bəndi tənqid etməsi olub.

Dərsliyin hazırkı nəşrində bu paraqrafda 1943-1944-cü illərdə konkret xalqların - qaraçayların, kalmıkların, çeçenlərin, inquşların, balkarların, Krım tatarlarının “işğalçılarla əməkdaşlıq faktları” qeyd edilir və bir növ bu xalqların kollektiv şəkildə cəzalandırılmasına, şərq bölgələrinə məcburi köçürülməsinə haqq qazandırılır. Dərsliyi yekunlaşdırmaq üçün xalqları repressiyaya məruz qalan regionların rəhbərlərindən ibarət işçi qrup yaradılıb.

Bildirilir ki, dərs vəsaitində 1970-ci ildən 2000-ci ilə qədər olan bölmələr köklü şəkildə yenidən işlənib və 2014-cü ildən 2023-cü ilə qədər baş verən hadisələr, o cümlədən Ukraynanın şimal hərbi dairəsi ilə bağlı fəsillər peyda olub.

Qeyd edək ki, SSRİ dövründə Qafqaz xalqlarının ölkənin şərqinə zorakı şəkildə deportasiya edilməsi stalinizmin həyata keçirdiyi bəşəri cinayət xarakteri daşıyıb. Çünki bir qrup şəxsin alman nasisitləri ilə əməkdaşlıq etməsinə görə bütöv bir xalqı cəzalandırmaq heç bir məntiqə sığmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR