İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanzaniyada vəbaya 49 yoluxma aşkarlanıb

411 21.06.2024 04:14 Dünya A A

Tanzaniyanın cənubunda, Mtvara regionundakı Masasi rayonunda vəbaya 49 yoluxma halı qeydə alınıb, iki xəstə ölüb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat verib.

Masasi dairəsinin komissarı Luteri Kanonsun sözlərinə görə, epidemiya Mangala kəndində yaranıb. Bu, regionda su çatışmazlığından qaynaqlana bilər.

Tanzaniya Səhiyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar ayından bu günə kimi ölkənin 13 regionunda vəbaya 134 yoluxma qeydə alınıb, nəticədə 1 521 xəstəlik hadisəsi qeydə alınıb, bunlardan 34-ü ölümcüldür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR