İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış yazıçıya 18 il həbs cəzası istənildi

929 14.07.2025 16:54 Dünya A A

 Rusiyada tanınmış yazıçı Boris Akuninə qarşı 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edilib.

Musavat.com
xəbər verir ki, bu barədə qərar Moskvanın 2-ci Qərb Hərbi Məhkəməsində prokuror tərəfindən səsləndirilib.

Qeyd olunur ki, hökm qiyabi şəkildə çıxarılacaq. Yazıçıya qarşı “terrorizmi əsaslandırma” və “xarici agent kimi qeydiyyatdan yayınma” maddələri ilə cinayət işi açılıb.

Boris Akunin Rusiya hakimiyyətini kəskin tənqid edən yazıları və müharibəyə qarşı mövqeyi ilə tanınır. O, hazırda ölkəni tərk edib və qürbətdə yaşayır. Ekspertlər bu addımı Rusiyada söz azadlığına qarşı daha bir siyasi təzyiq aktı kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR