İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış müğənni hansı xəstəliyə tutulduğunu AÇIQLADI – FOTO

1444 08.07.2023 22:19 Şou-biznes A A

Türkiyəli müğənni Işın Karaca Alopesiya areatadan (ocaqlı dazlığın bir növü) əziyyət çəkdiyini açıqlayıb.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında yazıb.

"Gördüyünüz kimi saçım yoxdur. Qaşlarım, kirpiklərim də. Hətta bədənimin heç bir yerində tük yoxdur. Siz bilmədən nələr yaşamışam. Parik taxıb mahnılar oxudum. Çünki həyat bunu tələb edir. Xəstəlikdən gizlənmək artıq çətin gəlir. Buna görə də paylaşım edirəm.

Xərçəngdən müalicə almıram. Xəstəliyimin son mərhələsindəyəm. Davamlı olaraq müalicə alıram. Lakin ikinci dəfə koronavirus olandan sonra bölgələri gizlətmək daha da çəyinləşdi. Özümə qapandım, kiminləsə görüşə, yas yerlərinə gedə bilmədim. İnsanlar məni assosial hesab edir, amma o əsnada özümlə müharibə aparıram. Başıma vurulan iynələrin, udduğum dərmanların sayını unutmuşam. Heç birinin faydası olmadı. 

Sağlamlığınıza və özününzə yaxşı baxın. Məni haradasa keçəl görsəniz təəccüblənməyin. Yaralandığım yerdən gücləndim. Müalicəsi varsa, tapacağam, yoxsa canım sağ olsun" deyə, Işın paylaşımında bildirib.

karaca.PNG (136 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR