İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış idmançı faciəvi şəkildə öldü

907 05.06.2024 12:38 Hadisə A A

Yarım ağır çəkidə boks çempionu Endi Tam motosiklet qəzasında vəfat edib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı sonuncu dəfə mayın 17-də döyüşüb. 10 raundluq döyüşdə Corc Stüarta uduzub.

Cəmi 13 gün sonra, mayın 30-da şotlandiyalı boksçu motosiklet sürərkən, doğulduğu Kambernauld şəhərində avtomobil ilə toqquşub. O, ağır xəsarətlərlə Qlazqodakı Kraliça Elizabeth Universitetinin xəstəxanasına aparılıb. Bazar günü orada vəfat edib.

Polis qəzanın baş vermə şəraitini araşdırmağa davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR