İnsanlara hürriyət, millətlərə istiqlal!

Taleyi xarici sponsorların əlində olan marionet ölkələr - Əliyevin tarixi çağırışı

674 27.11.2023 22:43 Siyasət A A

 

Siyasi şərhçi: “Həmin hökumətlər həm özləri üçün çox ciddi problemdir, həm də bölgə üçün təhlükə yaradır”

Noyabrın 24-də Bakı daha bir mötəbər beynəlxalq təşkilata ev sahibliyi etdi. Paytaxtda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyaya, özəlliklə bölgə ölkələrinə, Ermənistana bir sıra mühüm mesajlar verdi, ismarışlar göndərdi.

Məsələn, dövlət başçısı dedi ki, bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alsa da, SPECA-ya üzv ölkələrdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. “Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”, - Prezident vurğulayıb.

Yaxud onun belə bir fikri: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”.

Ermənistan rəhbərləri niyə öz xalqını müstəqillik yolu ilə apara bilmir və nəticə etibarilə də bu baş tutmamış ölkə hələ də bir “qucaqdan” digərinə tullanmaqla regionda əsas konflikt, müharibə qaynağı kimi qalır? Eyni zamanda özü də blokadadan çıxa bilmir?

Abutalıb Səmədov partiyasının ləğvindən danışdı: 'Ya birləşib iri  partiyalara çevrilmək, ya da siyasi arenadan çəkilmək lazımdır'

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, 2018-ci ildə xarici qüvvələrin yardımı ilə hakimiyyətə gələn Nikol Paşinyan son illər xüsusilə hakimiyyətini saxlamaq üçün əlindən gələni edir. Ermənistanın bir qucaqdan başqa bir qucağa atılmasının kökündə də bu amil dayanır. Nikol Paşinyan üçün bir nömrəli məsələ hakimiyyəti saxlamaqdır. Xalqın marağı, dövlətin marağı demək olar ki, Nikol Paşinyan hökumətini düşündürmür. Məhz bu səbəbdən gah Qərbə yaxınlaşır, gah da Rusiyaya: “Biz İrəvanın Brüssel və Vaşinqton formatlarında aktiv iştirakının da şahidi olduq. Sonradan Rusiyanın qucağına tullanmasının da şahidi olduq. Söhbət Prezident Vladimir Putinin Valday diskussiya klubunda səsləndirdiyi təxribatçı bəyanatdan və ondan sonra Ermənistanın hakimiyyətinin davranışlarından gedir. 2022-ci ilin oktyabrında Vladimir Putin 15 bəndlik sülh sazişi layihəsi ilə çıxış elədi və həmin layihənin 15-ci bəndində Qarabağın statusunun gələcəkdə müəyyən olunması haqqında qeyd yer alırdı. Nikol Paşinyan güman elədi ki, bu, layihə onun hakimiyyətini möhkəmləndirə bilər. Ona görə də dərhal bu layihəyə tərəfdar olduğunu bəyan elədi. Oktyabrın 21-də Putinlə Soçidə görüşdülər. Putindən xahiş elədi bu mövqeyində möhkəm daynmasını istədiyini dedi. Ancaq Putin onun dediyini edə bilmədi. Çünki Azərbaycan Prezidenti ortaya qəti mövqe qoydu, bəyan etdi ki, Qarabağ məsələsi həll olunub və müzakirə olunacaq məsələ qalmayıb. Ondan sonrakı dövrdə artıq Nikol Paşinyanın Rusiyadan ümidlərinin qırılması və yenidən Qərbin qucağına atılması prosesi başladı. 2023-cü ilin yanvarından artıq bu proses biraz da sürətləndi və sonradan anti-rus bəyanatları, anti-rus addımları və Qərbin son aylar aktiv şəkildə Paşinyan hakimiyyətini müdafiə etməsi, Senatda Ermənistanı müdafiə aktı deyilən son dərəcə ədalətsiz bir sənədin qəbul olunması mərhələsinə keçdi. Bütün bunlar açıq şəkildə göstərir ki, Nikol Paşinyanı Ermənistanın taleyi qətiyyən maraqlandırmır. Onu yalnız düşündürən nəyin bahasına olur-olsun hakimiyyətini qorumaqdır. Onun hakimiyyətini qorumağa xidmət edəcək istənilən dövlətə Nikol Paşinyan xidmət eləməyə, qul olmağa, Ermənistanı həmin dövlətin qulu etməyə hazırdır”.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan özü də bilir ki, Ermənistan adlı qondarma dövlətin müstəqilliyi formaldır. Davranışlarını həm də buna uyğunlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu reallığı, bu amili hamının diqqətinə çatdırdı. Və tamamilə düzgün olaraq qeyd elədi ki, öz müstəqil xarici siyasəti olmayan, xarici qüvvələrə xidmət eləməyə hazır olan dövlətlər, hökumətlər həm özləri üçün çox ciddi problemdir, həm də bölgə üçün təhlükə yaradır, sabitliyin pozulmasına xidmət edir: “Hesab edirəm ki, dünya birliyi, dünyada sabitlik istəyən qüvvələr Azərbaycan Prezidentinin çıxışındakı o məqamı nəzərə almalıdırlar. Ermənistan öz yanlış siyasəti, başqalarından asılılığa meylli olması ilə özünü blokada vəziyyətinə salıb. Ermənistanı bu acınacaqlı vəziyyətdən ağaları deyil, yalnız özü çıxara bilər. Qonşu dövlətlərə ərazi iddialarından əl çəkərsə, onun-bunun marionetkası olmaq şakərindən qurtularsa, qonşuları Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurarsa özünü bəlkə xilas ola bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR