İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksilərdəki qiymət artımı ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

1206 25.07.2023 09:30 Sosial A A

Azərbaycanda taksi qiymətləri bahalaşıb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, ölkədə taksi fəaliyyəti ilə məşğul olan özəl şirkətlər xidmət haqqını artırıblar. Qeyd olunub ki, əvvəllər taksilərdə minimum xidmət haqqı bir manatdan başlayırdısa, indi bu qiymət iki manat əlli qəpik olub.

Ekspertlər şirkətlərin bu addımını süni qiymət artımı kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, taksi daşımalarında qiymət tələb-təklif əsasında tənzimlənir: “Mövcud vəziyyətdə bəzi taksi sifarişləri operatorları öz maliyyə imkanları hesabına qiymət siyasəti tətbiq edirlər. Bu kimi addımlar haqsız rəqabət mühitinin yaranmasının başlıca səbəbidir”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR