İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi sürücüsünü VİDEOya çəkib PAYLAŞDI

2251 26.09.2023 22:59 Maraqlı A A

Azərbaycan Televiziyasının solisti, "Böyük səhnə" mahnı müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubova paylaşımı ilə gündəmə gəlib.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, Londondan Bakıya gələn sənətçi şəxsi avtomobilini "Bolt" taksi xidmətinə dəyişib.

Taksi sürücüsü ilə ünsiyyətini gizli olaraq kameraya çəkən Emiliya həmin anları sosial şəbəkə hesabında paylaşıb.

Görüntülərdə taksi sürücüsü başına gələn maraqlı əhvalatı müğənni ilə bölüşüb. Sürücü bildirib ki, 20 il əvvəl varlı ailədən olan ingilis bır qıza yardım etdiyinə görə, qarşı tərəf ona viza düzəldib. Lakin sürücü bu şansını dəyərləndirməyib və Rusiyaya gedib. İndi isə taksi sürücüsünün ən böyük arzusu Britaniyanın Mançester şəhərinə getməkdir".

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR