İnsanlara hürriyət, millətlərə istiqlal!

Taker Karlson: “Bizim qədər güclü olan bir ölkə var, adı...”

1989 06.03.2026 19:53 Dünya A A

“Amerika rəhbərliyi ABŞ-nin dünyanı idarə etmədiyini və digər ölkələri nəzərə almalı olduğunu anlamır”.

Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, bunu məşhur amerikalı jurnalist Taker Karlson bildirib.

"Vaşinqtonda demək olar ki, heç kim açıq-aydın reallığı anlaya bilmir: biz artıq hər şeyə hakim deyilik", - deyə o bildirib. Karlsonun bu sözlərinin yer aldığı video jurnalistin YouTube kanalında yayımlanıb.

Karlson etiraf edib ki, ABŞ-dƏ bir çox insan, o cümlədən özü də, təkqütblü dünyada yaşamaq istəyir. "Məhdudiyyətlərlə üzləşmək, qərar verməzdən əvvəl başqa bir ölkə ilə danışıqlara məcbur olmaq o qədər də əyləncəli deyil. Heç kim bunu istəmir; heç kim çətinlik çəkmək istəmir. Amma yaşadığımız reallığı seçmək bizim ixtiyarımızda deyil", - deyə Karlson deyib.

Jurnalist Çini Vaşinqtonun nəzərə almalı olduğu bir güc nümunəsi kimi göstərib. "Biz mütləq münaqişədə deyilik, amma ən azı bizim qədər güclü olan başqa bir ölkə ilə rəqabət aparırıq. Bunun adı Çindir", - deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR