İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli: “Qanad çıxardıb, qanadla uçaq?”

929 17.06.2022 13:48 Gündəm A A

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli hökumətə xitab edərək aviabiletlərin bahalığından şikayətləndi.

“Bizdə təyyarə biletləri çox bahadır”- deyən T.Kərimli bildirdi ki, etiraz edəndə qəribə reaksiyalarla üzləşirlər: “Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Region ölkələri ilə müqayisədə Azərbaycanda təyyarə biletləri bir neçə dəfə bahadır. Naxçıvana biletlərin qiyməti artdı. Yanacağın dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı oturtmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda oturtdular. İndi ər-arvad gedəndə onlar yanaşı oturtmaq üçün pul alacaqlar? Söz deyəndə, deyirlər ki, kommersiyadır, istəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Bizim başqa şirkətimiz var? Bu nə biabırçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”.

T.Kərimli hökumətin məsələyə münasibət bildirməsini istədi.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR