İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli: “Orta yaş aşağı olduğu üçün pensiya yaşını da aşağı salmalıyıq”

926 30.05.2023 15:55 Son xəbər A A

Milli Məclisin bugünükü iclasında çıxış edən deputat Tahir Kərimli yenidən pensiya yaşı ilə bağlı məsələ qaldırıb. O, Əmək Məcəlləsinə ediləcək dəyişiklik zamanı pensiya yaşının aşağı salınması ilə bağlı təklifin nəzərə alınmasını xahiş edib.

T.Kərimli onu da deyib ki, pensiya sığortasının təyinatı üçün 25 il iş ştajı böyük rəqəmdir: “Bu rəqəm 12 ilə endirilməlidir. Orta yaş aşağı olduğu üçün pensiya yaşını da aşağı salmalıyıq”.

Deputat qeyd edib ki, sosial vəziyyətin təminatına müsbət yöndə qorumaq üçün dövlət büdcəsindən maliyyələşən şəxslər pensiyaya çıxmaqla da iş fəaliyyətinə davam edə bilər: “1,5 milyard manat büdcə gəlirimizin olması bu istiqamətdə problemlərin yaranmasına imkan verməz”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR