İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanın iki şəhərində terror hazırlayan qrup aşkarlanıb

753 29.03.2024 23:27 Dünya A A

Tacikistan təhlükəsizlik orqanları paytaxt Düşənbə və Vəxdat şəhərində bayram tədbirləri zamanı terror aktları törətməyə hazırlıqda şübhəli bilinən həmin şəhərlərin 15 sakinini həbs edib.

Musavat.com xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsindəki (MTK) mənbə “Asiya-Plus”a bildirib ki, saxlanılanların Moskvadakı terror aktında şübhəli bilinən şəxslərlə əlaqəsinin olub-olmadığı məlum deyil: “Saxlanılanların şübhəlilərlə əlaqəsi olub-olmadığını istintaq göstərəcək.

Onların hamısının eyni zəncirin parçası olub, birlikdə hərəkət edib-etmədiyi və ya hər birinin ayrı-ayrılıqda Rusiya və Tacikistanda terror aktı törətmək istəyib-istəmədiyi hələlik məlum deyil. İstintaq davam edir və bu suallara cavab verilməlidir”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR