İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib

1544 08.11.2022 14:11 Qarabağ xəbərləri A A

Şuşada 8 Noyabr - Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, şəxsi heyət hərbi orkestrlərin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub.

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR