İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada bankomat niyə işləmir? - AÇIQLAMA, FOTOLAR

1389 11.01.2023 15:07 Qarabağ xəbərləri A A

“Bankomatda bir neçə gün öncə problem yaranıb. Hava şəraiti ilə əlaqədar texniki problem idi. Bankomatın yerləşdiyi dükanın sahibi də məcburən “Bankomatda pul yoxdur” bildirişi asmışdı”.

“Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinov Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, Şuşadakı bankomat artıq işlək vəziyyətdədir: “Dünən günortadan sonra yazı götürülüb, bankomat tam işlək vəziyyətdədir. Pul bitəndə, hətta azalanda, nasazlıq olanda, şəbəkə itəndə dərhal sistemdə görünür. Bəzi problemləri həll etmək üçün yerində müdaxilə etmək, bəzilərini isə məsafədən həll etmək olur. Problem bir gün davam edib. Müvafiq tədbir görülüb və problem aradan qaldırılıb”.

Qeyd edək ki, Şuşada “Kapital Bank”a məxsus bankomatın işləməməsi barədə məlumat sosial mediada yayılmışdı. Bildirilmişdi ki, Şuşada cəmi 2 bankomat var: “Kapital Bank” və  “Azərbaycan Beynəlxalq Bankı”. Şəhərdə xidmət göstərən əksər şəxslərin maaş kartı “Kapital Bank”a məxsusdur. “Kapital”ın bankomatı işləmədiyi üçün insanlar pulu məcburən “Kapital Bank”ın kartı ilə “Azərbaycan Beynəlxalq Bankı”na məxsus bankomatdan çıxarmalı olublar. Bu zaman isə 10 manata 3.50 AZN komissiya haqqı tutulur. Məlumata görə, bankomat 1 həftədir işləmirmiş.

Nigar HƏSƏNLİ,
Musavat.com

WhatsApp Image 2023-01-11 at 15.00.17.jpeg (59 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR