İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa və Laçında hava necə olacaq? - PROQNOZ

517 15.12.2022 14:47 Qarabağ xəbərləri A A

Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, dekabrın 16-sı gündüzdən 17-si gündüzədək az qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz olacaq, arabir duman gözlənilir. Qərb küləyi 2-5 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz, arabir duman olacaq. Lakin axşama doğru az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Qərb küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 17-də arabir az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi 3-8 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də əsasən yağmursuz, arabir duman olacaq. Şərq küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR