İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərə XƏBƏRDARLIQ - 400 manat cərimə OLUNA BİLƏRSİNİZ

3533 19.09.2023 22:08 Son xəbər A A

Ölkədə sürücülərin avtomobili sərxoş halda idarə etməsi səbəbilə çox sayda ağır qəzalar baş verir. Mütəxəssislərin sözlərinə görə, spirtli içki qəbul edən şəxsin reaksiya müddəti azalır və sürücü spirtli içkini az qəbul etsə belə istənilən vaxt qəza edə bilər. Əksər sürücülər hansı hallarda sərxoşluq müayinəsindən keçməli olduqlarını bilmirlər. Bəziləri elə bilir ki, avtomobilin şüşələrinin buxar olması onların sərxoşluq müayinəsindən keçməsinə əsas verir.

Bəs yol polisi nə zaman sürücünün sərxoş olub-olmadığını alkotester cihazı vasitəsilə yoxlaya bilər?

Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, sürücülər ilk öncə reydlərin keçirildiyi stasionar postlar barəsində bəzi məlumatları bilməlidirlər:

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyəti 27 iyun 2014-cü il tarixli Nazirlər Kabinetinin 209 saylı qərarı ilə yoxlanılır. Sadəcə olaraq şəhər daxilində stasionar post olmadan reydlərin keçirilməsi bununla bağlı müvafiq ərazinin polis rəyisinin əmri əsasında həyata keçirilə bilər. Bu yol patrul polisi əməkdaşının öz istəyi ilə ola bilməz. Sürücülər mütləq həmin reydin keçirilməsi ilə bağlı həmin idarənin əmrinin sürətini tələb etməlidirlər. Bu olmadıqda keçirilən reyd tam qanunsuzdur və bununla bağlı vətəndaş məhkəməyə şikayət edə bilər”.

Hüquqşünas bildirib ki, sürücülər 3 halda alkotest müayinəsindən keçirilməlidir. Onun sözlərinə görə, alkotestin aparıldığı cihazdan nəticəni əks etdirən çek çıxmalıdır: “Sürücünün nəfəsindən spirtli içkinin qoxusu gəldikdə, sürücü ayaqüstə sərbəst dayana bilmədikdə və sürücü özünü idarə edə bilmədikdə. Bu hallarda yol polisi sürücün alkotest edə bilər. Alkoqolun səviyyəsini müəyən edən dərəcə 0,3 promil hesab olunur. Əgər sürücü bunula razı olmazsa, yol patrul əməkdaşı sürücünü dövlət xəstəxanasına göndərib, onun müayinəsini rəsmiləşdirə bilər. Həkim narkoloq tərəfindən 3 nüsxədə müayinə nəticəsi təqdim olunur”.

Ramil Süleymanov sürücülərə alkaqol və ya narkotik vasitələrin təsiri altında avtomobilə əyləşməmələrini tövsiyə edib. Bu potensial cinayətkarlıq deməkdir. Əgər bu aşkar olunarsa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə uyğun olaraq sürücü 400 manat məbləğində cərimə olunur və ya nəqliyyat vasitəsinin 6 aya qədər məhdudlaşdırılması qərarı qəbul olunur – deyə o qeyd edib

Dövlət yol polisinin baş inspektoru, polis Mayoru Araz Əsgərli qeyd edib ki, yol polisi sürücüdə şübhəli davranış gördüyü halda istənilən zaman onu alkotest edə bilər:

"Polis əməkdaşı sürücüdə şübhəli davranış aşkar etdiyi istənilən halda onu alkotesterlər vasitəsilə yoxlaya bilər. Yəni yol patrul əməkdaşı sürücünün hərəkətlərini şübhəli hesab edirsə, yoxlaya bilər. Yəni sürücünü alkotesterdən keçirmək istəyirsə, bunun üçün xüsusi bir icazə lazım deyil. Sadəcə sürücünün özünü şübhəli aparması, özünü idarə etməkdə çətinlik çəkməsi kifayətdir".

Polis əməkdaşı cümə günləri gedib məscidin qapağında durub yoxlamır ki, sürücüləri. Harada şübhəli, restoranlar, kafelər və digər alkaqollu içiklər verilən yer varsa, həmin yerlərdə olurlar. Bu sürücülərin həyat və sağlamlığı üçün vacibdir - deyə Araz Əsgərli əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR