İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sürücü Əhməd"in vəziyyəti ağırlaşdı

1974 10.05.2023 21:43 Mədəniyyət A A

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti pisləşib. Bu barədə Demokrat.az-a aktyorun qızı Kəmalə Qasımova məlumat verib.

O deyib ki, hazırda atasının vəziyyəti çox ağırdır:

"Atamın şah damarında qanaxma yaranıb, əməliyyat olunub. Hazırda "Baku Medical Plaza"da müalicə alır. Vəziyyəti çox ağırdır. Yaxşı olardı ki, dövlətimiz onun vəziyyəti ilə bağlı məsələni nəzarətə götürsün. Səlahətli şəxslərdən dəstək gözləyirik".

Qeyd edək ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR