İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyadakı ABŞ bazası raket yağışına məruz qaldı

886 30.10.2023 19:35 Dünya A A

ABŞ-ın Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı hərbi bazası çoxsaylı raket atəşinə məruz qalıb. “Al Mayadeen” telekanalının verdiyi məlumata görə, onun ərazisində bir neçə güclü partlayış baş verib, mərmilərin düşdüyü yerdən qalın tüstü buludları qalxıb.

Telekanal bildirir ki, hücuma görə məsuliyyəti İraqın İslam Müqaviməti hərəkatı üzərinə götürüb. Hərəkat İraqda İŞİD-ə qarşı döyüşən şiə hərbi qruplaşmasıdır.

Hücuma məruz qalan bazaya bu günlərdə əlavə ABŞ hərbçiləri və qonşu İraqdan hərbi texnika gətirilmişdi.

Qeyd edək ki, 2015-ci ildən bəri ABŞ Suriyanın şimal-şərqində 9 hərbi baza yaradıb. Onların ən böyüyü Həsəkənin inzibati mərkəzinin şimalında (Dəməşqdən 620 km məsafədə) Tell-Beydarda yerləşir. Suriya ərazisində 900-ə yaxın, İraqda isə 2,5 min amerikalı əsgər yerləşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR