İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Surenyants: Paşinyanın faciəsi ondan ibarətdir ki...

1088 19.10.2023 17:50 Region A A

“Faciə burasındadır ki, Ermənistanın hazırkı lideri heç bir kənar dəstək olmadan Rusiya ilə açıq münaqişəyə girib".

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants jurnalist Narek Kirakosyanla söhbəti zamanı danışıb.

“Biz hələ heç bir Qərb mərkəzindən konkret dəstək vədləri eşitməmişik. Mən hələ Ermənistana verilən konkret təhlükəsizlik təminatlarını demirəm. Əgər Paşinyan Qranadadakı son bəyanata söykənirsə o zaman onu dərin məyusluq gözləyir. Çünki Qranada sənədində böyük nikbinlik aşılansa belə, biz Ermənistana sərf edən müddəaları orada görmədik.

Vaşinqton və Parisin Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını və onun pozulmasının qəbuledilməz olduğunu bəyan etmələri nəyi dəyişdirir ki... Biz bəyanatları real tədbirlərdən ayırmalıyıq. Bəyanatlar bir şeydir, real dəstək başqa...”, - deyə erməni politoloq bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR