İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Papikyan jurnalistə: “Get nağıllarını başqalarından soruş”

1057 30.05.2023 16:29 Son xəbər A A

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Papikyan jurnalistlərin bütün suallarına cavab olaraq onlara rəsmi xəbərləri izləməyi tövsiyə edib.

Suren Papikyan yalnız Azərbaycan ərazisində diversiya hərəkətləri törətmək istəyən və ordumuz tərəfindən ələ keçirilən iki erməni hərbçi ilə bağlı suala cavab verib.

Qeyd edək ki, erməni tərəfi həyasızlıqla diversantların oğurlandığını iddia edir.

“Cənab Papikyan, sizin rəhbərlik etdiyiniz ordudan əsgərlər qaçırılır, bu, nə vaxta qədər davam edəcək? Əsgərlər rahatlıqla qaçırılırsa, Ermənistanın müdafiəsini necə təmin edirsiniz?” - deyə jurnalistlərdən biri nazirə belə bir sual ünvanlayıb.

“Gedin bu nağılları danışanlardan soruşun, mənə belə sual verməyin”, - Suren Papikyan jurnalistin sualını belə cavablandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR