İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt yuxularımızı unutmağa qoymayacaq

785 09.03.2023 18:03 Maraqlı A A

Mütəxəssislər belə düşünürlər ki, oyandığımız zaman yuxunun 50 faizi, 10 dəqiqə sonra isə 90 faizi yaddaşımızdan silinir. Ancaq süni intellektin sayəsində bunlar artıq geridə qalacaq.

Musavat.com xəbər verir ki, artıq süni intellekt yuxularımızı yaddaşa yazacaq və unutdurmayacaq bir tətbiq üzərində işləyir.

Bu texnologiya, həmçinin müxtəlif heyvanların ətraf mühiti necə qəbul etdiyini öyrənmək və iflic olan insanlarla ünsiyyətə kömək etmək kimi üstünlüklərə malikdir.

Qeyd edək ki, daha öncə də yuxuların yaddaşa yazılmasına cəhd edilib, lakin alman qrupu tərəfindən hazırlanmış bu yeni tətbiqdə Stabil Diffuziya adlı alqoritmdən istifadə edilməsi daha böyük avantaj vəd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR