İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda uşağı döyüb öldürən məşqçinin məhkəməsi başlayır

486 14.08.2023 17:43 Kriminal A A

Məşq zamanı 7 yaşlı uşağa ağır xəsarətlər yetirərək onun ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi, 29 yaşlı Mehman Xəlilovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Musavat.com-un məlumatına görə, cinayət işi üzrə materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Bu il aprelin 29-da 7 yaşlı Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq dövründə M.Xəlilovun ittihamı ağırlaşdırılıb. Belə qənaətə gəlinib ki, təqsirləndirilən şəxs zərərçəkmişi xüsusi amansızlıqla öldürüb. Ona qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR