İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda partlayış baş verib, xəsarət alanlar var - FOTO

834 15.01.2024 21:15 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Sumqayıtda partlayış baş verib, xəsarət alanlar var.

“Report”un yerli birosu xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsi, 2 saylı yataqxanada qeydə alınıb.

Partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb:

2008-ci il təvəllüdlü Paşayeva Nəzakət Ceyhun qızı üzün 2 ci dərəcəli terniki yanığı,

2013-cü il təvəllüdlü Paşayev Yusif Ceyhun oğlu üzün 1 ci dərəcəli, əlin 2-ci dərəcəli yanığı.

1986-cı il təvəllüdlü Paşayev Ceyhun Eldar oğlu üzdə və sağ və sol əlin yanıqları

1990-cı il təvəllüdlü Pasayeva Vüsalə Gündüz qizi sifətin və əllərin 1-2 dərəcəli yanığı.

Fakrla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR