İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sumqayıt"dan "Qarabağ"la oyuna görə azarkeşlərə MÜRACİƏT

854 28.04.2024 17:32 İdman A A

Misli Premyer Liqasının 32-ci turunda Mehdi Hüseynzadə stadionunda keçiriləcək "Sumqayıt" - Qarabağ" oyunundan öncə "kimyaçılar" azarkeşlərə müraciət edib.

Klubun yaydığı açıqlamanı təqdim edirik: 

"Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçına azarkeş marağının kifayət qədər böyük olduğundan arenanın tam dolacağı gözlənilir. Stadion ərazisinə giriş bir istiqamətdən – kassanın yanından 6 bilet yoxlanış nöqtəsindən həyata keçiriləcək. Sizdən xahiş edirik ki, yoxlanışdan keçib stadion ərazisinə daxil olduqdan sonra biletin üzərində yazılmış sektora uyğun qapıya yaxınlaşasınız. Bu həm sizin, həm də təhlükəsizlik yoxlanışı aparan əməkdaşların işini asanlaşdıracaq. Sektorları tapmaq üçün ərazidəki könüllülərə müraciət edə bilərsiniz. Qapılar saat 18:30-dan etibarən açılacaq. Anlayışınız üçün təşəkkür edirik!"

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı aprelin 28-də, saat 20:00-da start götürəcək. (offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR