İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhdən sonra MÜHARİBƏ OLACAQ! – Ermənistanda kilsə və müxalifət BİRLƏŞDİ – detallar Rauf Arifoğlu ilə CANLIda

1468 18.12.2023 13:45 Siyasət A A

Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam.

Bu sözləri Ermənistanın Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Bu, daim diz çöküb sürünmək deyil, əksinə, Rəbbimizin hüzurunda durub, “İmanımı artır ki, Yer üzündə sənin işini görüm”, - deməkdir. Və biz düşünməliyik ki, Yer üzündə Allahın işini görürük. Bəli, bu yol qisas yoludur, evi bərpa etməyin başqa yolu nədir? Bu, nifrət deyil, əksinə, sevgi deməkdir, sədaqət deməkdir; bu, sarsılmaz iman, son ümid, fədakarlıq, cəsarət və bütün fəzilətləri nəzərdə tutur. Ola bilməz ki, insan bütün daxili aləmi alt-üst olsun və dinc yaşasın”, - o bildirib.
Qeyd edək ki, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub və Qalstyanın açıqlamasını da bunu təsdiqləyir.

“Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, 2020-22-ci illərdə Ermənistandan qopardığı ərazilər Azərbaycanındır”. Bunu erməni deputatı Tiqran Abramyan deyib.
O bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesində problemlər yaranacaq: “Sülh müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, sərhədlərin tənzimlənməsi məsələsi həmişə təhlükə olaraq qalacaq.

Azərbaycanın sərhəd problemlərinin həlli ilə bağlı fikirləri göstərir ki, hansısa mərhələdə ya Ermənistan yeni ərazilər vermək yolu ilə gedəcək, ya da müharibə başlayacaq”.
Qeyd edək ki, Azərbaycan Ordusu 2020-2023-cü illərdə keçirilən bütün əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Ermənistan tərəfinin zaman-zamanı Azərbaycanı işğalda ittiham etməsi absurddur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR