İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi harada, nə vaxt? - 6 aydır açıq qalan sual...

1675 15.06.2024 09:17 Siyasət A A

İrəvanın nala-mıxa vurma “taktikası” davam edir, ABŞ isə Kremlə görə tərəfləri tələsdirir - analitiklərin qeydləri...

2024-ün təxminən yarısı artıq arxada qalıb. Rəsmi İrəvanın Bakı ilə sülh sənədi məsələsində nala-mıxa vurma “taktikası” isə davam edir. Son olaraq, baş nazir Nikol Paşinyan deyib ki, sənədin mətni, demək olar ki, hazırdır və imzalanma bir ay ərzində reallaşa bilər. 

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin mətni kifayət qədər yetkindir. Paşinyan sülh sazişi olmadan Azərbaycanla kommunikasiyaların açılmasını da mümkün sayıb. “Praktiki addımlarla real dünyanı formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür”, - baş nazir qeyd edib. Lakin ardınca o iddia edib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini danışıqlarla əlaqələndirmək guya sülh prosesini əngəlləmək cəhdidir: “Mən 2018-ci ildə, sonra 2019-cu ildə konstitusiyanın dəyişdirilməsindən danışdım və bu, yalnız demokratik islahatlarla bağlıdır. Biz dedik ki, konstitusiyanın dəyişdirilməsi danışıqların bir hissəsi ola bilməz”.

Nəhayət, Ermənistanın sülh ritorikasının səmimiliyini şübhə altına alan daha bir məqam bu açıqlamalar fonunda, uzun fasilədən sonra sərhədimizin - Naxçıvanın 3 rayonunun iyunun 14-də Ermənistan tərəfdən atəşə tutulmasıdır... 

Bu arada ABŞ Dövlət katibinin müavini Ceyms Obrayen “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalamaq imkanı var, çünki Rusiya hazırda çətinliklə üzləşib, bəlkə də bir ildən sonra bu cür çətinlikdə olmayacaq. “Ona görə də fürsət pəncərəsi var. Biz indi bunun üzərində işləyirik”, - diplomat əlavə edib. Yəni o, Rusiyanı sülh prosesinə əsas əngəl sayıb. Bəs ABŞ-ın özü? Ümumiyyətlə bölgədə marağı olan böyük güclər ikitərəfli formatda sülh müqaviləsinin imzalanmasına imkan verəcəkmi, bunu rahatca “həzm” edəcəkmi? Söhbət təbii ki, həm də Rusiyadan gedir. O Rusiya ki, Paşinyan hökuməti dönəmində Ermənistanda ona etimadsızlıq faktiki pik həddə çatıb. Ümumiyyətlə, Rusiya nə dərəcədə sülh sənədinin imzalanmasında maraqlıdır, əgər bu ölkənin yüksək çinli rəsmiləri hələ də Nikol Paşinyanı Qarabağı Azərbaycan ərazisi saydığı üçün bağışlaya bilmirsə... 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluya görə, Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanması və kommunikasiyaların açılması mümkünlüyünü bildirməsindən bir neçə saat sonra Naxçıvanın 3 yaşayış məntəqəsinin Ermənistanın silahlı qüvvələrinin atəşinə məruz qalmasını necə başa düşmək lazımdır: “Bu Azərbaycanla yanaşı Nikol Paşinyanın özünə qarşı da təxribatdır. Fevralın əvvəlində oxşar təxribat baş vermiş və Azərbaycan hərbçilərinə atəş açılan erməni postu dağıdılmışdı. İndi biz yenə də hərbçilərimizə atəş açan postu dağıtmaq məcburiyyətində qala bilərik. Həmin hadisənin təxribat olduğunu Nikol Paşinyan da etiraf etmişdi. Fevral ayındakı təxribatın Paşinyanın orduya tam nəzarət edə bilməməsinin sübutu idi. Paşinyan orduda ”5-ci kolonun" varlığını etiraf edib, ancaq bu azdır, Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə bu Paşinyanın da arzuladığı sülhə əsas təhlükə olacaq. Belə çıxır ki, sülh sazişi imzalananadan sonra da Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açacaqlarından sığortalanmamışıq".

Bundan əlavə, politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonraya saxlayır: “O rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirib. Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxili məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Nikol Paşinyanın özünün də açıqlamaları var. Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən Konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır”. Ekspertin sözlərinə görə, amerikalı diplomatlar Paşinyana məsləhət görüblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək: “Bu həm ABŞ-ın maraqlarına ziddir, həm də Ermənistanı Orta dəhliz layihəsindən kənarda qoyacaq. Paşinyanın məlum açıqlamasından bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da dəhlizin açılması üçün neytral ölkələrin və beynəlxalq təşkilatlardan birinin bu prosesə cəlb edilə biləcəyini söyləmişdi”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

 Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, vasitəçisiz danışıqlar gedir və sülh sənədinin mətni razılaşdırılmaqdadır: “ABŞ və Avropa İttifaqı sülh müqaviləsinin imzalanmasına dəstək bəyanatları səsləndirirlər. Rusiya isə kömək etməyə hazır olduğunu bildirir. Hələ ki bizə əngəl yaradılmır. Bu, yaxşı tendensiyadır. Eyni zamanda, Paşinyan da Minsk Qrupunun öldüyünü təsdiqlədi. Əgər Ermənistan sülh sazişinə qol çəkib, növbəti mərhələdə qanunvericilik aktlarında ərazi iddiaları ilə bağlı dəyişiklik edəcəksə, bunu qəbul etmək olar. Amma Ermənistana nə dərəcədə güvənmək olar? Fikrimcə, hazırda yaxşı fürsət yaranıb və ilk növbədə İrəvan bu şansı dəyərləndirməlidir. Çünki sonra regionda elə hadisələr baş verə bilər ki, sülh danışıqları dalana dirənər, kənar güclərin müdaxilələri nəticəsində heç nə əldə etmək olmaz. Odur ki, vəziyyəti qiymətləndirmək lazımdır. Digər tərəfdən isə böyük güc mərkəzləri sülh sənədinin açılmasında ona görə maraqlıdırlar ki, koridor açılsın, nəhəng iqtisadi proyektlər işə düşsün. Ukrayna müharibəsi dünya iqtisadiyyatını silkələyir. Bu problem həll olunmalıdır, fakt budur ki, düyün yaradıb”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR