İnsanlara hürriyət, millətlərə istiqlal!

"Su itkisinin əsas səbəbi sistemin köhnə olmasıdır"-AÇIQLAMA  

894 10.03.2023 14:48 Sosial A A

"20 magistral kanalın, paylayıcı şəbəkələrin bərpası nəzərdə tutulur. Su itkiləri 30 faizin üzərindədir. Bunun əsas səbəbi sistemin köhnə olmasıdır. İşlərə Dövlət Komissiyası nəzarət edir".

Musavat.com xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov bu gün keçirilən brifinqdə deyib:

"Oktyabr ayında birinci mərhələ bitəcək. Nəticədə su itkisi 25 faiz azalacaq. İşğaldan azad edilmiş ərazilərdə də bərpa işlərinə başlanıb. Bu işlər də oktyabr ayında tamamlanacaq”.

R. Aslanov qeyd etdi ki, əkin sahələrinin 60 faizi suvarılan ərazilərdir ki, bu, mexaniki üsulla həyata keçirilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR