İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq İrandan sabitliyi pozan hərəkətləri dayandırmağı tələb edib

332 27.11.2023 16:40 Siyasət A A

“Tehran Yaxın Şərqdə iranyönümlü qüvvələrin sabitliyi pozan hərəkətlərini dayandırmalıdır”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Biz ABŞ-nin İraq və Suriyadakı mövqelərinə pilotsuz uçuş aparatları və raketlər vasitəsilə hücumları, eləcə də kommersiya gəmilərinə hücumların şahidi olduq. Bu, eskalasiya riskini artırır”, - o vurğulayıb.

Y.Stoltenberq əlavə edib ki, İran bu qüvvələrə təsir etməlidir.

Onun sözlərinə görə, İranyönümlü qüvvələrin hərəkətləri NATO-nun Yaxın Şərqdə geniş mövcudluğu, o cümlədən alyansın İraqda öz imkanlarını artırmaq missiyasının fonunda həyata keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR